Azərbaycan

 

2 iyul 1892 – Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simürq; 1892-1937) Bakıda anadan olub. Respublika xalq maarif komissarının müavini, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. “Ağanın kənizi”, “Aldanmış ümid”, “Qayçı” və s. hekayələrin müəllifidir. Repressiya qurbanıdır.

2 iyul 1953 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (1953 – 26.10.2013) Ağdamda doğulub. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

2 iyul 1953 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (1953 – 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub. “Dan ulduzu” ansamblının solisti olub.

 

3 iyul 1940 – Tanınmış pianoçu, Xalq artisti Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940 – 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər Universitetinin (Türkiyə) Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.

3 iyul 2000 – Aşıq Xaspolad Gülablı (Xaspolad Salman oğlu Mirzalıyev; 1919-2000) vəfat edib.

 

4 iyul 1920 – Azərbaycan İnqilab Komitəsi kino qurğularını milliləşdirilməsi haqqında dekret verib. Respublikadakı bütün kinematoqrafiya müəssisələri Xalq Maarif Komissarlığının yanında İncəsənət Şöbəsinin ixtiyarına verilib. Daha sonra İncəsənət Şöbəsinin yanında Mərkəzi Kinoprokat (Sentroprokat) idarəsi yaradıldı.

4 iyul 1928 – Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928 – 4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində doğulub. Maarif naziri (1983-1988), Ali Sovetin deputatı (1990-1995) olub.

 

5 iyul 1851 – Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851 – 18.10.1894) İrəvanda anadan olub. “Tiflisski vestnik” qəzetində şöbə müdiri, “Kavkazski almanax”ın təsisçisi, naşiri və redaktoru olub.

5 iyul 1928 – Əməkdar artist Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (1928 – 18.2.1985) Bakıda doğulub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olub, filmlərə çəkilib. 

 

Dünya

 

2 iyul 1714 – Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck; 1714-1787) anadan olub. “Orfey və Evridika”, “Paris və Yelena”, “İfigeniya Tavridada” və s. operaların müəllifidir.

2 iyul 1877 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse; 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.

2 iyul 1923 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska; 1923 – 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz ...” və s. kitabların müəllifidir.

2 iyul 1961 – Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 – 1961) vəfat edib.

 

3 iyul 1883 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 1883 – 3.6.1924) Praqada doğulub. Əsərləri:  “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.

3 iyul 1908 – Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908-1998) anadan olub.

 

4 iyul 1918 – Rus filosofu, kulturoloq, “Mədəniyyətlərin dialoqu” konsepsiyasının müəllifi Vladimir Bibler (1918-2000) anadan olub.

4 iyul 1927 – Amerika dramaturqu və ssenaristi Nil Saymon (Marvin Neil Simon; 1927-2018) anadan olub. “Qəribə cütlük”, “Parkda ayaqyalın” və s. komediyaları ilə məşhurlaşıb.

 

5 iyul 1812 – İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.

5 iyul 1889 – Fransız yazıçısı, rəssam, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. “Əllamə Toma”, “Ədəbsiz uşaqlar” romanlarının, “Antiqona”, “Orfey” pyeslərinin müəllifidir.

5 iyul 1901 – SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.

Hazırladı: Vüqar Orxan