Fevralın 9-da Bakıda böyük özbək şairi, mütəfəkkiri və filosofu Əlişir Nəvainin 570 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Əlişir Nəvainin Azərbaycan paytaxtındakı abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər. Tədbirdə Özbəkistanın ölkəmizdəki səfirliyinin əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin üzvləri Əlişir Nəvainin özbək ədəbiyyatındakı mövqeyindən danışıblar.
   Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev bildirib ki, böyük şairin Bakıda abidəsinin qoyulması Azərbaycan və Özbəkistan xalqları arasında dostluğun simvoludur. Səfir görkəmli mütəfəkkirin həyat və yaradıcılığı barədə məlumat verib.
   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar özünü hər zaman Nizami Gəncəvinin tələbəsi hesab etmiş Əlişir Nəvainin Nizamidən sonra “Xəmsə” yaratmasını onun filosof düşüncəsinin, şairlik istedadının və qabiliyyətinin nəticəsi kimi qiymətləndirib.
   Tanınmış özbək ədəbiyyatşünası Akif Azalp Əlişir Nəvainin əlyazmalarının Rusiya, İngiltərə, Türkiyə və digər ölkələrin məşhur kitabxanalarında qorunduğunu söyləmiş, şairin şeirlərindən nümunələr səsləndirmişdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar