Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşanın məşqləri aparılır. Gənc rejissor Tərlan Abdullayev yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” tarixi dramı əsasında “Qanlınamə” tamaşası üzərində məşqləri yekunlaşdırmaq üzrədir.
Səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Allahverən Babayev, Miraslan Ağayev, Səyad Əliyev və digərləri ifa edirlər.
Teatrda mərhum yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin “Prokuror” pyesinin məşqlərinə də başlanılıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Təvəkkül Həsənovdur.