AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin hazırladığı “Mərasim folkloru məsələləri” kitabının birinci cildi işıq üzü görüb.

Kitabda şöbə əməkdaşlarının mərasim folkloru üzrə araşdırmaları ilə bağlı məqalələri yer alıb. Məqalələrdə mərasim folklorunun müxtəlif problemləri tədqiqata cəlb edilib.

“Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabın redaktoru şöbənin müdiri Ağaverdi Xəlil, tərtibçisi Sürəyya Əlizadə, rəyçiləri Vəfa İbrahim və Atif İslamzadədir.

Kitabdan humanitar elm sahəsinin mütəxəssisləri, alimlər, müəllimlər və tələbələr faydalana bilərlər.