Azərbaycan-Böyük Britaniya diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Londondakı Yunus Əmrə İnstitutunda “The Art of Diplomacy” (“Diplomatiya sənəti”) adlı sərgi açılıb.

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən təşkil edilən sərgidə 22 azərbaycanlı rəssamın 56 əsəri yer alıb.

Mərkəzin direktoru İslam Baxşəliyev Azərbaycan mədəniyyətinin Londonda və digər ölkələrdə tanıdılmasının əhəmiyyətindən danışıb, indiyədək Avropanın 20-yə qədər ölkəsində sərgilər keçirildiyini deyib. O, sərginin təşkilində dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə və Yunus Əmrə İnstitutuna təşəkkür edib.

Səfirliyimizin müşaviri Rəşad Vahabzadə ölkəmizin  mədəniyyətini təmsil və təbliğ edən bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sərgi iyulun 8-dək davam edəcək.