2022-ci ildə  Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, yazıçı-dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illik yubileyi tamam olur.

O, həyatı boyu doğma xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq, zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açıb.

M.F.Axundzadənin realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri var. O, bədii yaradıcılığa 1837-ci ildə yazdığı “Puşkinin ölümünə Şərq poeması” ilə başlayıb. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoyub.

M.F.Axundzadənin anadan olmasının 210 illik yubileyi münasibətilə görkəmli dramaturqun adını daşıyan Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Virtual sərgidə mütəfəkkir ədib haqqında rəsmi sənədlər, fotolar, Mirzə Fətəli Axundzadənin müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan məqalələr təqdim olunur.

Virtual sərginin linki: http://anl.az/el/vsb/M_F_Axundzade_210/index.htm