Dövlət İmtahan Mərkəzi (DİM) iyul-avqust ayları ərzində keçiriləcək xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə təqvimi təqdim edib.

Teatr, kino və xoreoqrafiya sənəti üzrə ali təhsil müəssisələrinə qabiliyyət imtahanları iyulun 14, 18, 22, 25, 29-da təşkil ediləcək. Bundan əlavə, iyulun 20, 21, 27, 29-da 9 illik, ayın 26-da isə 11 illik təhsil bazasında kolleclərə teatr, kino və xoreoqrafiya sənəti üzrə xüsusi qabiliyyət imtahanları keçiriləcək.

İmtahanlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında, həmçinin DİM-in əsas ofisində (onlayn) təşkil ediləcək.

Qeyd edək ki, hər imtahan tarixi üçün səhər və axşam növbələri bitdikdən sonra apelyasiya komissiyaları təşkil olunur.