Xəbər verdiyimiz kimi, Gəncə Dövlət Dram Teatrında Amerika yazıçısı Con Patrikin “Qəribə missis Sevic” pyesi səhnələşdirilir.

Məşq prosesi başa çatan tamaşaya ictimai baxış olub. Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova, teatrşünas Vəfa Mühacirova və Gəncə RMİ-nin rəisi Vasif Cənnətov tamaşanı izləyib, səhnə işi ilə bağlı fikirlərini bölüşüblər.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi Hüseyn, musiqi tərtibatçısı Sevda Əliyevadır. Əsas rollarda Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rahilə Məmmədova, Sevda Orucova, Ramiz Vəliyev, Kəmalə Məmmədova, aktyorlardan Ruslan Hüseynov, Elmir Məmmədov, Samir Abbasov, Sevinc Hüseynova və Rauf Hüseynov çıxış edirlər.

Nurəddin