Vətən müharibəsində tarixi Zəfərə aparan yolda qəhrəmanlıq səhifəsi olan Tovuz döyüşlərindən (12-16 iyul 2020-ci il) il ötür.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən Tovuz döyüşləri ilə əlaqədar videoçarx, eləcə də “Tovuz döyüşləri – sərhədlərimiz toxunulmazdır” adlı virtual sərgi və məlumat bülleteni hazırlanıb.

Videoçarxda yazı materialları ilə yanaşı, Tovuz döyüşlərində əbədiyyətə qovuşmuş şəhidlərimizin foto və video görüntüləri də təqdim edilib. Virtual sərgidə və məlumat bülletenində bu döyüşlərdə şəhid olan igid Azərbaycan oğullarının hərbi xidməti, keçdikləri döyüş yolu haqqında kitablar, eləcə də dövri mətbuat nümunələri təqdim olunub.

Materiallar kitabxananın saytında yerləşdirilib.