“Binary School” proqramı çərçivəsində “Creative Summer” layihəsinə start verilir.

Əsas məqsədi qrafik dizayna maraq göstərən gənclərin fəaliyyətini bu istiqamət üzrə stimullaşdırmaq və onların inkişafına töhfə verməkdən ibarət olan təlimlər C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təşkil olunacaq. Layihəyə son müraciət tarixi 20 iyuldur.

Qeyd edək ki, Respublika Gənclər Kitabxanasının da tərəfdaşlığı ilə reallaşan layihəni uğurla başa vuran gənclər sertifikatla təltif olunacaq. Xüsusi fərqlənən gənclər təcrübə proqramına cəlb ediləcəklər.