Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində “Mütaliə terapiyadır” adlı kitab nəşr olunub.

İyulun 7-də paytaxtdakı “LIBRAFF” kitab evində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən kitabın təqdimat mərasimi keçirilib.

Təqdimatda nazirliyin Kitab sənayesi şöbəsinin əməkdaşı Kamran Musayev iştirak edib.

Çıxış edənlər bu cür layihələrin gənclər və yeniyetmələr arasında mütaliəyə marağın, oxu mədəniyyətinin artırılması və mənəvi dəyərlərin yüksəlməsinə töhfə verdiyini vurğulayıblar.

Tədbirdə Mədəniyyət Nazirliyi layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub.