Azərbaycan televiziya jurnalistikasının tanınmış simalarından biri, Əməkdar jurnalist Mais Məmmədov iyulun 16-da, 84 yaşında vəfat edib.
Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. Uzun illər keçmiş SSRİ-nin Mərkəzi Televiziyasının, 90-cı illərdə isə Rusiyanın ORT kanalının (indiki Birinci kanal) Azərbaycandakı müxbiri olub.
Vətənpərvər jurnalist xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin başladığı dövrdə respublikamız ətrafında informasiya blokadası yaradılarkən Azərbaycan həqiqətlərinin keçmiş ittifaq miqyasında yayılmasında yaxından iştirak edib.
Mais Məmmədov 1998-ci ildən 2016-cı ilədək ANS Müstəqil Yayım və Media Şirkətində fəaliyyət göstərib, ictimai əlaqələr üzrə baş müşavir, şirkət prezidentinin müşaviri vəzifələrində çalışıb.
Allah rəhmət eləsin.