İsveç Krallığının Azərbaycanda və Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Kristian Kamil ilə ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna vida ziyarəti edib.

Fondun prezidenti Günay Əfəndiyeva diplomatla görüşündə dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşdırılmasının vacibliyindən bəhs edərək, bu istiqamətdə təşkilatın əməkdaşlıq etdiyi ölkələr sırasında İsveçin də olmasından məmnunluq duyduğunu söyləyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İsveç Krallığının Azərbaycandakı Səfirliyi arasında əlaqələrdən söz açan Günay Əfəndiyeva səfirin fəaliyyət müddətində göstərdiyi səyləri yüksək qiymətləndirərək, ona gələcək işində uğurlar arzulayıb.

Səfir Kristian Kamil ölkəsinin digər xalqların mədəni irsinə göstərdiyi marağı nəzərə çatdıraraq, diplomatik fəaliyyəti müddətində Fond tərəfindən təşkil olunan tədbirlərdə hər zaman həvəslə iştirak etdiyini dilə gətirib.

Görüşdə İsveç ilə təşkilata üzv və müşahidəçi ölkələr arasında mədəni irs sahəsində əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə olunub.