Masallı RMİ-nin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi davam edir.

Layihə üzrə növbəti tədbir Masallı rayonunun Şərəfə kəndində təşkil edilib. Əvvəlcə kənddə yerləşən Şəhidlər abidə-kompleksinin önünə gül dəstələri qoyulub, sonra Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov layihənin məqsədlərindən danışıb. Kənd ziyalısı Fariz Əsgərov Şərəfənin tarixi barədə qısa arayış verib.

Tədbir Masallı rayon Mədəniyyət Mərkəzi incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib. “Halay” və “Həcər” folklor kollektivlərinin çıxışları tədbirə rəng qatıb. Eyni zamanda tədbirdə məktəblilər və məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları tərəfindən rəqslər ifa edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Yeniyetmə idmançılar isə nümunəvi idman nömrələri göstəriblər.

Yekunda tədbirlərdə aktiv iştirak edən mədəniyyət işçiləri və məktəblilərə regional idarənin təşəkkürnaməsi təqdim edilib.

Nurəddin