Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikoloz İaşvili, idarə, müəssisə, təşkilat rəhbərləri və başqa qonaqlar iştirak ediblər.
Niyazi Bayramov, Zeki Öztürk, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxış edərək 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə edilən cəhd və xalqla dövlətin birliyi sayəsində bunun qarşısının alınmasından danışıblar.
Çıxışlardan sonra şəhidlərin xatirəsinə dualar oxunub, Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş olunub.
Nurəddin