İnsan alveri bütün dünyada müasir dövrün ən ağrılı problemlərindən biri hesab edilir. Əksər dövlətlər problemin əsasında dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, onun qurbanlarına hərtərəfli yardımın göstərilməsi istiqamətində zəruri addımlar atırlar.

Bununla bağlı məlumatlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin insan аlvеri qurbanlarının üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən, hər il 30 iyul tarixi “İnsan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün” olaraq qeyd olunur. Qeyd edək ki, insan alverinə qarşı mübarizə ölkəmizdə də geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

İnsan alverinə qarşı beynəlxalq mübarizə günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.