Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Müdafiə Nazirliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin dəstəyi ilə təşkil olunmuş “Əsgərin kitab rəfi” aksiyasına qoşulub.

İdarədən bildirilib ki, aksiya çərçivəsində kitabxananın hədiyyə fondundan Azərbaycan və rus dillərində 130 adda kitab və jurnal “Əsgərin kitab rəfi”nə hədiyyə olunub.

Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova Müdafiə Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirib və kitabların əsgərlər üçün faydalı olacağına əminliyini ifadə edib. Kitabları təhvil alan “İrəli” İctimai Birliyinin sədri Arif Rəhimli əsgərlərimiz üçün kitab toplama aksiyasına dəstək olduğu üçün kitabxanaya təşəkkürünü bildirib.

Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verilməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.