Masallı RMİ Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının “Cənubda kino günləri” layihəsi çərçivəsində “Titrəmə” (rejissor – Amil Amal), “Sizə məktub var” (Məzahir Həşimov) və “Dan yeli” (Kamal Yaşar) qısametrajlı filmləri nümayiş etdirilib.
Masallı RMİ-nin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev iştirakçıları salamlayıb, layihənin əhəmiyyətindən danışıb.
“Cənubda kino günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılı və Xalq artisti Qabil Mehdixanlı layihənin məqsədi və nümayiş etdiriləcək filmlər haqqında məlumat veriblər. Bildirilib ki, layihənin məqsədi Azərbaycan filmlərini geniş ekranlarda yerli tamaşaçılara nümayiş etdirməklə kino həvəskarlarına son illərdə istehsal olunan, eləcə də, bəzi beynəlxalq kino festivallarda uğurlar qazanan filmlərimizi və rejissorlarımızı tanıtmaqdır.
Nurəddin