Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində (Sabunçu rayonu Maştağa qəsəbəsi) rəsm və dərzilik kursları şagirdlərinin “Xarıbülbül” adlı sərgisi açılıb.
Baş idarədən bildirilib ki, rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi “Şuşa İli” çərçivəsində təşkil olunub.
Sərginin açılışından öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra sərgiyə baxış keçirilib. Nümayiş olunan əl işləri maraqla qarşılanıb.