Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Mədəniyyət evində (Sabunçu rayonu Balaxanı qəsəbəsi) Milli Kino Gününə həsr olunmuş tədbir keçirilib.
Baş idarədən bildirilib ki, “Abşeron Grup Prodaction”, “Audio kitab” və Balaxanı qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində gerçəkləşən tədbirdə “Dolu” bədii filmi nümayiş olunub.
Nümayişdən əvvəl filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, filmdə rol alan aktyorlardan bir neçəsi çıxış ediblər.
Qeyd edək ki, 2012-ci ildə çəkilən film Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Birinci Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən bəhs edir. Aqil Abbasın eyniadlı romanı əsasında “Azərbaycanfilm” Kinostudiyasında istehsal edilən ekran əsərində rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev və başqaları ifa edirlər.