26 avqust – Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə Bərdə RMİ tərəfindən Bərdə rayon Mədəniyyət Mərkəzində “Uğur qazananlar” adlı tədbir təşkil olunub.

İdarənin rəisi Vəsilə Möhsümova Azərbaycanın xalq musiqisi və muğam sənətinin tarixi, zənginliyi və müasir inkişaf yolu barədə ətraflı məlumat verib. Deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan muğamının müasir dövrdə inkişafını diqqətdə saxlayırlar. Muğamın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də bu diqqətin nəticəsidir.

Daha sonra Muğam Televiziya Müsabiqəsində müxtəlif illərdə iştirak etmiş musiqiçilərin ifasında muğamlar, xalq və bəstəkar mahnıları səsləndirilib, tanınmış Azərbaycan şairlərinin yaradıcılığından nümunələr söylənilib.

Sonda gənc muğam ifaçılarına regional idarə tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Nurəddin