Mədəniyyət Nazirliyi tərəfindən əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi məqsədilə həyata keçirilən “Muzeyi peşəkardan öyrənək” layihəsi davam edir.
Bu ilin aprel ayından reallaşan layihə çərçivəsində nazirliyin regional idarələrinin əhatə etdiyi muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün təlimlər təşkil olunur.
Növbəti təlim-seminar Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Ağdaş rayon Heydər Əliyev Mərkəzində gerçəkləşib. Tədbirdə regional idarənin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyası və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri iştirak ediblər.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan seminarda “Muzey sahəsində müasir çağırışlar”, “Fond və mühafizə işi”, “Dünya muzeyləri” mövzuları üzrə iştirakçılara təlimlər keçirilib.
Nurəddin