Azərbaycan mədəniyyətinin hamisi, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü (26 avqust) münasibətilə Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər Mehriban xanım Əliyevanın xalqın rifahı və dövlətin inkişafı istiqamətində çoxşaxəli fəaliyyətindən söhbət açıblar.
***
Ağstafa RMİ Qazax rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrin xoşməramlılar elçisi – Zərif himayədar” mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Çıxışlarda Mehriban xanımın ölkəmizin inkişafı və vətəndaşların rifahı yolunda əvəzsiz xidmətlərindən bəhs edilib.