Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində imzaladığı sərəncamla SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Avqustun 26-da mədəniyyət naziri Anar Kərimov ordeni Bakıda səfərdə olan Tamara Sinyavskayaya təqdim edib, ona gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.