Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları rayonun Çaxırlı kəndindən olan Vətən müharibəsi şəhidi Namiq Bağırovun doğum günü münasibətilə şəhidin məzarını və ailəsini ziyarət ediblər.

***

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Şəhidlər xiyabanında şəhid ailələri və qazilər üçün yeni tikilən görüş yerinin və Daşkəsən şəhidlərinin xatirə guşəsinin açılış mərasimi keçirilib. Açılışda çıxış edən rayonun icra başçısı Əhəd Abıyev ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya daşkəsənlilər adından minnətdarlığını bildirib.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialında "Ölməz qəhrəman" başlığı altında I Qarabağ müharibəsi şəhidi Rövşən Əliyevin anadan olmasının 50 illiyi ilə bağlı anım günü keçirilib.