Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə görkəmli şairə Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi ilə əlaqədar “Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan” adlı sərgi təşkil edilib. Sərgidə 25-dən artıq rəsm əsəri və Şirvan şəhər MKS-nin fonduna aid Xurşidbanu Natəvan haqqında yazılmış kitablar nümayiş olunub.

***

Masallı RMİ Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Xurşidbanu Natəvan – 190” mövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzin əməkdaşları Zeynəb Məmmədzadə və Elşən Abışov çıxış edərək Xan qızı Natəvanın həyatı, yaradıcılığı barədə ətraflı məlumat veriblər.

***

Şəki RMİ Qax rayon MKS-nin 2 və 4 saylı kitabxana filialları və 1 nömrəli şəhər Mədəniyyət evi "Zamanın yaddaşından silinməyən şairə" adlı ədəbi-bədii gecə keçirib. Tədbirdə çıxış edənlər Natəvanın bədii yaradıcılığı, gördüyü xeyriyyə işləri haqqında danışıblar.

***

Ağdaş RMİ Zərdab rayon MKS-nin Sarıqaya kənd kitabxana filialında da "Xurşidbanu Natəvan – 190" başlığı altında tədbir keçirilib. Kitabxananın fəal oxucuları şairənin qəzəllərindən nümunələr söyləyiblər.

N.Məmmədli