Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 16-da rusdilli tamaşaçılar üçün “Durna balığı” tamaşasını nümayiş etdirəcək.

Rus xalq nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə Əfşan Əsədovadır.

Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezi ilə ərsəyə gələn tamaşada balaca teatrsevərlər sanki nağıllar aləminə düşəcəklər.

Tamaşada rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər.