Paytaxtımızda növbəti – XVII Beynəlxalq Caz Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə 23-30 sentyabr tarixində gerçəkləşəcək caz bayramı haqqında festivalın saytı və sosial şəbəkə hesablarında məlumat verilib.

Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq caz musiqisinin müxtəlif üslub və istiqamətlərini ictimaiyyətin diqqətinə təqdim edir.

Builki festival da zəngin proqramı ilə cazsevərlərə unudulmaz anlar yaşadacaq. Proqrama musiqiçilərlə görüşlər, ustad dərsləri, sərgilər, gənc ifaçıların “Mən cazmenəm” beynəlxalq müsabiqəsi və digər tədbirlər daxildir.

Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, Braziliya, Norveç, Belçika, Almaniya və digər ölkələrdən cazmenlərin də iştirakı nəzərdə tutulur.

Lalə