Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 1 nömrəli kitabxana filialında “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Lamiyə Quluzadə sağlam həyat tərzi üçün əsas məqamları diqqətə çatdırıb. O, insan orqanizminə zərər vuran vərdişlərdən uzaq durmağın vacibliyini qeyd edib.

Tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı öz fikirlərini səsləndiriblər. Oxucu Nicat Ağacanov böyük fəlakətlərə yol açan narkomaniyadan qorunma üsulları haqqında fikirlərini bölüşüb. Son illərdə bu bəladan qurtulmaq üçün səy göstərən gənclərdən və bu yolda onlara dövlət dəstəyindən danışıb.

Sonda tədbir iştirakçıları “Gəlin birlikdə planetimizi, gələcəyimizi, ailəmizi və nəhayət, bütün xalqımızı bu bəladan qoruyaq. Hamılıqla narkomaniyaya yox deyək!” şüarını səsləndiriblər.