Prezident İlham Əliyev sentyabrın 3-də Azərbaycanın İtaliyadakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Mərkəz Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işinin genişləndirilməsi məqsədi ilə yaradılır.

Sərəncamda Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.