Lənkəran Dövlət Dram Teatrı sentyabrın 16-da yeni mövsümə baş rejissor Anar Babalının qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası ilə başlayacaq.
Teatrdan bildirilib ki, tamaşada Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaət obrazlı şəkildə əksini tapıb. Tamaşada müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinlik və ağrı-acılardan da bəhs olunur. Səhnə əsərinin quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.