Xalça Muzeyində Qarabağın milli geyimləri ilə bağlı tədris proqramı həyata keçiriləcək

 

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi böyük maraqla qarşılanan “Nənəmin sandığından “fashion show” layihəsi çərçivəsində üçaylıq tədris proqramını yenidən həyata keçirəcək.

Muzeydən bildirilib ki, proqram müddətində iştirakçılar Qarabağa aid milli geyimlər haqqında nəzəri biliklərə, praktik bacarıqlara yiyələnəcəklər. Tədris proqramını bitirənlərə sertifikatlar təqdim ediləcək və onların hazırladıqları geyimlərdən ibarət moda nümayişi təşkil olunacaq.

Azərbaycan və rus dillərində keçiləcək dərslərə qatılmaq istəyən 11-18 yaş arası qızlar və oğlanlar sentyabrın 30-dək qeydiyyatdan keçməlidirlər.

Layihə haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün (050) 363 43 55 və (055) 262 81 84 nömrələri ilə əlaqə saxlamaq olar.