Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Muzeyi peşəkardan öyrənək” layihəsi davam edir. Bu ilin aprel ayından reallaşan layihə çərçivəsində nazirliyin regional idarələrinin əhatə etdiyi muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün təlimlər təşkil olunur.

Növbəti təlim-seminar Bərdə Regional Mədəniyyət İdarəsi (RMİ) Bərdə rayon Mədəniyyət Mərkəzində gerçəkləşib. Tədbirdə regional idarənin əhatə etdiyi Bərdə, Tərtər, Yevlax rayonlarında və Mingəçevir şəhərində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri iştirak ediblər.

RMİ-nin rəisi Vəsilə Möhsümova bildirib ki, ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər və müvafiq dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin Ekspozisiya şöbəsinin müdiri Ülviyyə Şəmmədova tərəfindən “Muzey sahəsində müasir çağırışlar”, “Fond və mühafizə işi”, “Dünya muzeyləri” və digər mövzular üzrə iştirakçılara təlimlər keçirilib.

N.Məmmədli