Ağdam Dövlət Dram Teatrı sentyabrın 21-də yeni mövsümü “Azad Şuşa” əsəri ilə açıb.
Şəhid ailələri və qazilərin də dəvət olunduğu tamaşanın nümayişi Azərbaycan əsgərinin mərdlik və yenilməzliyinin dolğun və mükəmməl ifadəsi ilə yadda qalıb.
Tamaşanın mətn müəllifi Sahib İbrahimli, quruluşçu rejissoru Kərim Həsənov Qarabağ uğrunda gedən ölüm-dirim savaşında qəhrəman oğul və qızlarımızın göstərdiyi rəşadəti səhnə dili ilə yüksək peşəkarlıqla ifadə etməyə nail olublar. Quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərovdur.
Vətənpərvərlik ruhlu tamaşada rolları Elmir Hümbətov, Kərim Həsənov, Xəyalə Xudadatova, Fərhad Fərhadzadə və Zöhrab İmamalıyev ifa edirlər.