Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.

Azərbaycan Ordusu hərbi qulluqçularının əks olunduğu foto dövlət başçısının rəsmi “Twirter”, “Facebook” və “Instaqram” hesablarında paylaşılıb.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da  rəsmi “Twirter”, “Facebook”, “Instaqram” hesablarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.

Paylaşımda deyilir:

“Uca Tanrıdan şəhidlərimizə rəhmət, onların ailələrinə güc və səbir diləyirəm!”