“IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Su və rəng ahəngi – 2022” adlı növbəti illik akvarel sərgisi təşkil olunacaq.
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq sərgiyə 18 yaşdan yuxarı hər rəssam 1-2 əsər göndərə bilər.
Əsərlər ölkəmizin mədəniyyəti, ənənələri, tarixi abidələri və mənzərələrini əhatə edən mövzularda olmalıdır. Plakat və kollajlar qəbul edilmir.
Akvarel işlərin fotoları iwsazerbaijan@gmail.com elektron ünvanına göndərilməlidir.
Son müraciət tarixi 10 noyabrdır. Jüri heyəti tərəfindən seçilmiş iştirakçıların siyahısı noyabrın 14-də elan ediləcək.
Sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq.