Azərbaycan

 

5 oktyabr 1918 – Xalq artisti Qalina Borisovna Koltunova (1918-1994) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.

5 oktyabr 1928 – Tanınmış ədəbiyyatşünas alim, yazıçı Məsud Əlioğlu (Vəliyev; 1928-1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.

5 oktyabr 1928 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının qərarına əsasən, Bakı Fəhlə Uşaq Teatrının rus bölməsi yaradılıb. Teatrın Azərbaycan bölməsi 1930-cu ildə (ilk tamaşa – 30 yanvar) fəaliyyətə başlayıb.

5 oktyabr 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (1935 – 30.7.2018) Bakıda anadan olub. “Ağlar və qaralar” baletinin, simfoniyaların, mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.

5 oktyabr 1935 – Əməkdar artist Məcnun Salam oğlu Hacıbəyov (1935 – 16.11.2021) Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

5 oktyabr 1955 – Əməkdar artist Simuzər Məmmədqulu qızı Namazova (1955 – 1.7.1996) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Ağdam və Gəncə teatrlarında çalışıb.

5 oktyabr 1961 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (15.3.1911 – 1961) vəfat edib. Gəncə teatrında, Musiqili Komediya Teatrında çalışıb.

5 oktyabr 2002 – Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov (27.4.1951 – 2002) vəfat edib.

5 oktyabr 2021 – Xalq artisti Vaqif Abdulla oğlu Şərifov (12.8.1943 – 2021) vəfat edib. Sumqayıt, Ağdam teatrlarında baş rejissor, Gəncə Dövlət Dram Teatrında baş rejissor və bədii rəhbər işləyib, filmlərə çəkilib.

 

6 oktyabr 1930 – Dövlət xadimi, publisist Səməd ağa Ağamalıoğlu (1867–1930) vəfat edib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, sovetləşmədən sonra Azərbaycan SSR MİK (respublika hökuməti) sədri, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olub. Azərbaycanda və Orta Asiya respublikalarında latın əlifbasına keçilməsinə rəhbərlik edib.

6 oktyabr 1975 – Bakıda Səməd Vurğunun Ev-Muzeyinin açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

 

7 oktyabr 1921 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Gita Aleksandrovna Bessantina (1921-2000) anadan olub.

7 oktyabr 2021 – Əməkdar rəssam, heykəltəraş Namiq Əbdülxaliq oğlu Dadaşov (27.11.1945 – 2021) vəfat edib. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.

 

Dünya

 

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.

 

5 oktyabr 1713 – Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.

5 oktyabr 1936 – Çex yazıçı-dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936-2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çex Respublikasının ilk Prezidenti (1993-2003) olub.

 

6 oktyabr 1914 – Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl; 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.

6 oktyabr 1923 – Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökçeli; 1923 – 28.2.2015) anadan olub. “Tənəkə”, “Yağmurcuq quşu”, “Qanın səsi” romanlarının müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.  

 

7 oktyabr 1915 – Rus şairəsi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

Hazırladı: Vüqar Orxan