1 oktyabr – Beynəlxalq Ahıllar Günündə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Musiqili Teatrına dəvət olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri “Ər və arvad” tamaşasına baxıblar.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur əsəri, Şərqin ilk operettası ahıllar tərəfindən rəğbətlə izlənilib.
Qeyd edək ki, Akademik Musiqili Teatrın səhnəsində 85-ci dəfə oynanılan bu tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Telnaz Hüseynova, Elxan İsmayılov, Hüseyn Əlili, Fərid Rzayev, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov və başqaları ifa ediblər.
Tamaşadan sonra ahıllara yaradıcı heyətlə səhnəarxası görüş üçün şərait yaradılıb.