Ağstafa RMİ Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə əlamətdar gün barədə  məlumat verilib. Bildirilib ki, 1990-cı ildə BMT-nin Baş Assambleyası 1 oktyabr tarixinin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon MKS-nin Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Ahıllara hörmət mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasında isə “Ağsaqqal sözü haqq sözüdür” başlığı altında tədbir təşkil edilib. Qalereyanın direktoru Münəvvər Xəlilova ölkəmizdə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verib.

Nurəddin