Oktyabrın 14-də Moskvadakı Qnesinlər adına Rusiya Musiqi Akademiyasının konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq.
Üzeyir bəyin dünyaca məşhur operettasını Kazan Konservatoriyası Opera Studiyası TATARİCA orkestri (dirijor Rinat Xəlitov) ilə birlikdə təqdim edəcək.
Ukraynanın Əməkdar incəsənət xadimi Rinat Bektaşevin quruluş verdiyi tamaşada opera studiyasının solistləri Syumbel Kiyamova, Ayrat Qəniyev, Aygül Qardislamova, Yevgeni Şornikov, Diana Muxutdinova və başqaları iştirak edirlər.