Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müşfiqabad Mədəniyyət evində Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal şairi Əhməd Cavad” adlı tədbir təşkil olunub.

Əvvəlcə uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mədəniyyət evinin bədii rəhbəri Mətanət Cəfərova alovlu şair, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri olmuş Əhməd Cavadın məşəqqətli həyat yolundan danışıb.

Digər çıxış edənlər Ə.Cavad poeziyasından söhbət açıblar. “Aidə” xalq kollektivi üzvlərinin ifasında Ə.Cavadın sözlərinə yazılmış mahnılar tədbirə xüsusi rəng qatıb.