Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “İrsin qorunması bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib.
Tarix-mədəniyyət abidələrinin bərpası, hüquqi maarifləndirmə, böhran vəziyyətində operativ tədbirlərin görülməsi və digər mövzuları əhatə edən təlimə ölkənin müxtəlif regionlarında çalışan 80-ə yaxın abidə mühafizəçisi qatılıb.
Abidə mühafizəçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.