Martın 16-da Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr olunmuş “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin nəşr layihəsi olan kitab “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunub. Kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyevadır. Kitabda görkəmli ədibə həsr olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və fotoşəkillər yer alıb.
   Ümummilli lider Heydər Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri ilə açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın “ön söz”ü, Xalq yazıçısı Elçinin “Şeirə sığmayan ömür” məqaləsi verilib, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Fikrət Qoca, Çingiz Əlioğlu, Zəlimxan Yaqub, Ramiz Rövşən, Vaqif Bəhmənli, Tofiq Nurəli və başqa şairlərin qələmə aldıqları şeir nümunələri toplanıb. Bu şeirlərdə İlyas Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiram və məhəbbət ifadə olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar