Ağstafa RMİ Tovuz rayon MKS-nin Mərkəzi Kitabxanası A.S.Puşkin adına şəhər tam orta məktəbində “Hüseyn Cavid – 140” mövzusunda tədbir təşkil edib. Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Sonra şagirdlər ədibin kitablarından ibarət sərgi ilə tanış olublar.

Qazax MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir keçirib. Məktəblilər şairin “İlk bahar”, “Qız məktəbində”, “Mənim tanrım” şeirlərini söyləyiblər.

***

Gəncə RMİ Gəncə şəhər MKS-də “XX əsr Azərbaycan mütərəqqi romantizminin banisi” adlı tədbir keçirilib. Kitabxanaçı Səbinə Piriyeva şairin həyat və yaradıcılığı haqqında söz açıb. Sonra “Hüseyn Cavid – 140” başlığı altında kitab sərgisi nümayiş olunub.

MKS-nin 13 saylı kitabxana filialı isə “XX yüz il bədii fikrimizin mərdlik və əyilməzlik simvolu – Hüseyn Cavid” başlıqlı tədbir təşkil edib. Şagirdlər şairin şeirlərindən nümunələr səsləndiriblər.

Nurəddin