Noyabrın 7-də YARAT Müasir İncəsənət Mərkəzində dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən ustad dərsləri keçiriləcək.

YARAT-dan bildirilib ki, noyabrın 12-də davam edəcək müasir rəqs üzrə ustad dərslərini  Şahar Binyamini ilə bərabər onun assistenti Cozef Kudra keçəcək.

1988-ci ildə İsrailin Lod şəhərində doğulan Şahar Binyamini 2006-2013-cü illərdə “Batsheva Dance Company” kollektivinin tərkibində çıxışlar edib. O, beynəlxalq səviyyəli quruluşların yaradıcısı kimi tanınıb.

“Qaqa” adlı unikal rəqs sistemi, dili və pedaqogikasının yaradıcısı və müəllimi Ohad Naharinin assistenti kimi Şahar Binyamini bütün dünya üzrə rəqs kollektivləri ilə işləyir. 2013-cü ildə o, Veysman Elm İnstitutunun professoru Atan Qross ilə birgə, rəqqaslar, elm adamları və xoreoqraflardan ibarət “TNUDA” elmi-tədqiqat qrupunu təsis edib. Şahar Binyamini İsrail Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ilin ən uğurlu xoreoqrafı mükafatına layiq görülüb.