Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin (21 noyabr 1992-ci il) 30-cu ildönümü münasibətilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində partiyanın Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) Lənkəran rayonu üzrə ərazi təşkilatının tədbiri keçirilib.

Lənkəran RMİ-nin rəisi, YAP-ın regional idarənin Lənkəran rayonu üzrə ərazi partiya təşkilatının sədri Şahin Şahbazov bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan partiya 30 illik zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan YAP bu gün Prezident İlham Əliyevin sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparan yolun bələdçisi və ən etibarlı, inamlı siyasi istinadgah yeridir.

YAP-ın Lənkəran RMİ-nin Lənkəran rayonu üzrə ərazi partiya təşkilatının sədr müavini Anar Kəkəyev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev 2003-cü ildə Prezident, 2005-ci ildə isə YAP-ın sədri seçildikdən sonra həm partiyanın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb.

Sonda YAP-ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Nurəddin