Qobustan Milli Tarix-Bədii Qoruğunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə şəhid ailələri, qazilər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qoruğun əməkdaşı Vəfa Hüseynova iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib.

Qoruğun elmi katibi Sabir Nəzirov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tarixi əhəmiyyətindən söhbət açıb.

Şəhid Ələddin Xəlilovun anası Elnarə Xəlilova oğlunun keçdiyi döyüş yolundan danışıb. Xüsusi təyinatlıların giziri, qazi Vüqar Məmmədov Vətən müharibəsində keçdiyi döyüş yolundan bəhs edib.

Tədbir şəhid və qazi övladları üçün təşkil olunmuş proqramla davam edib. Uşaqlar qoruğa ekskursiya ediblər, qoruğun kino zalında “Qavaldaş” cizgi filminə baxıblar. Dulusçuluq və rəssamlıq üzrə ustad dərsləri də uşaqlar tərəfindən maraqla qarşılanıb.

Sonda iştirakçılar üçün çay süfrəsi açılıb. Qobustan Milli Tarix-Bədii Qoruğunun adından uşaqlara hədiyyələr təqdim olunub.

Nurəddin