Bölgələrdəki mədəniyyət müəssisələrində 12 Noyabr – Konstitusiya Günü münasibətilə müxtəlif tədbirlər keçirilib.
Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası” adlı tədbir keçirilib. Çıxış edənlər Konstitusiyanın aliliyi, onun tarixi mahiyyəti, eləcə də hüquqi əsasları haqqında məlumat veriblər. Sonra “Azərbaycan Konstitusiyası insan hüquqlarının təminatçısıdır” adlı sərgi nümayiş olunub.
***
Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən söz açıb. Bildirib ki, Konstitusiyanın qəbulundan sonra Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar qazanılıb. Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xalqa bağışlanan ömür” adlı film nümayiş olunub.
***
İsmayıllı RMİ Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin hazırladığı konsert proqramı təqdim edilib.
***
Biləsuvar RMİ Cəbrayıl rayon Mərkəzi Kitabxanasında Konstitusiya Günü ilə əlaqədar tədbir təşkil edilib. Yeniyetmə və gənclərə Konstitusiyanın yaranma tarixi və müddəaları barədə məlumat verilib.
***
Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə bildirib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Yardımlı rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə isə “12 Noyabr – Konstitusiya Günü” başlıqlı sərgi nümayiş etdirilib.
***
Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanası “Sənin Konstitusiyan sənin hüququndur!” adlı tədbir təşkil edib. Tədbirdə kitabxananın əməkdaşları, mədəniyyət işçiləri, fəal oxucular iştirak ediblər.
Tovuz Dövlət Rəsm Qalereyasında dərnək üzvlərinin iştirakı ilə Konstitusiya Günü qeyd olunub. Qalereyanın bərpaçı-rəssamı Toğrul Qasımov əlamətdar günlə bağlı uşaqlara məlumat verib.
Qazax rayon Mədəniyyət Mərkəzində isə “Qanunları bilmək vacibdir” adlı tədbir keçirilib.
***
Gəncə RMİ-nin tabeliyindəki Gəncə şəhər MKS-nin Uşaq şöbəsi, 1, 24 saylı kitabxana filialları, Goranboy rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Mədəniyyət Mərkəzində də əlamətdar günlə bağlı tədbirlər təşkil edilib.
N.Məmmədli