Lənkəran RMİ Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbində “Xan qızı – 190” adlı tədbir təşkil edilib.
İdarənin rəisi Şahin Şahbazovun da iştirak etdiyi tədbirdə əvvəlcə məktəbin şagirdləri tərəfindən Xurşidbanu Natəvanın şeirləri səsləndirilib, onun yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.
Bildirilib ki, Qarabağın incisi Şuşa şəhərində doğulan X.Natəvan zəngin mənəviyyatı, kübarlığı, əxlaqı, humanistliyi və xeyirxahlığı ilə insanların qəlbində böyük hörmət və ehtiram qazanıb.
Sonda Xan qızının həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları şəhər Uşaq rəssamlıq məktəbinin Natəvanın 190 illiyinə həsr olunan rəsm sərgisinə baxıblar.