Azərbaycanda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində turoperatorların fəaliyyəti də əksini tapıb. Qeyd edək ki, turoperator fəaliyyəti lisenziyalaşdırılmış turizm təşkilatçısıdır. Turoperator özü isə bu fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış və barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinə daxil edilən hüquqi şəxsdir.
   Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aydın Məmmədovun sözlərinə görə, «Turizm haqqında» yeni qanunun qəbulundan sonra turoperatorlar turizm məhsulunu hazırlayacaq, onun təqdim edilməsini birbaşa və ya turagent vasitəsilə həyata keçirəcəklər: «Turagent isə turoperatorla müştəri arasında vasitəçi kimi çıxış edən müvafiq lisenziya almış hüquqi və ya fiziki səxsdir. Turagent heç bir mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyekti və nəqliyyat vasitələri ilə birbaşa müqavilə imzalamaq hüququna malik deyil. O, xidmətləri yalnız turoperatorun vahid turist yollayışı və turist vauçeri əsasında həyata keçirə bilər».
   Assosiasiya təmsilçisi qeyd etdi ki, turopetor hotellərlə birbaşa əməkdaşlıq əlaqəsi qurur: «Turoperator hotellərdəki yerləri bir yerdə alır, sonradan isə onu turagentlərə satır. Yəni turoperatorun müştərisi turagentdir. Turagentin müştərisi isə sıravi vətəndaşlardır. Turizm agentlikləri nömrə lazım olduqda turoperatora müraciət etməlidirlər. Beynəlxalq təcrübədə bu belədir».
   Qeyd edək ki, bir müddət əvvəl "Turizm haqqında" yeni qanun layihəsi ictimai müzakirəyə verilib.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar